Avtomobili olanlara BƏD XƏBƏR — bu rüsum 50 FAİZ ARTIRILIR
21:31 / 23.09.2019
5049
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.
Sfera.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.
Layihə parlamentin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.