Avtomobil Plazaya girdi - Xəsarət alan var + FOTO

Avtomobil  Plazaya girdi - Xəsarət alan var + FOTO
 

Nyu York ştatında Nyu Roşşel şəhərində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobil "Trump Plaza" qülləsinə girib.

Sfera.az bildirir ki,  olay zamanı 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxsin isə otelin vestibülündə dayanan işçi olduğu bildirilir. Avtomobili idarə edən şəxsin isə hansı xəsarət alması məlum deyil, belə ki, o, hadisədən yerini dərhal tərk edib.

Polis hadisənin qəsdən törədilməsi faktını istisna edib, hadisəni adi qəza kimi qiymətləndirib. Bununla belə, qəza ilə bağlı araşdırma başlayıb.


OXŞAR XƏBƏRLƏR