Avtomobil nömrəsinə görə boşanan qadın ərini şoka saldı – VİDEO

Avtomobil nömrəsinə görə boşanan qadın ərini şoka saldı – VİDEO
 

Azərbaycanda beş il evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakin alınan avtomobilin nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub.

25 yaşlı qadınının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sondan məhkəməyə çağırılması onu əməlli başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.

Hadisə haqda eşidən hər kəs elə qadının əri qədər şoka düşür. Boşanma səbəbinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır.

Sosioloqlar son zamanlar belə xırda səbəblərə görə boşanmaların artığını deyirlər. Bildirilər ki, buna səbəb insanların ailə dəyərlərinə ötəri yanaşması və gənc ailələrin hər xırda qüruru ailədən üstün tutmasıdır.

Qeyd edək ki, bu qeyri adi səbəbə görə ayrılan cütlüyün bir azyaşlı övladı da var.



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...