Avtomobil almaq istəyənlər tələsin - VİDEO

Avtomobil almaq istəyənlər tələsin -  VİDEO

Azərbaycanda yeni avtomobil bazarındakı satışlarda durğunluq müşahidə edilir. Bu hal isə ölkəmizdəki avtomobil dilerlərini qiyməti aşağı salmağa vadar edib.İndi avtomobil sahibi olmaq istəyənlər üçün əsl fürsətdir.

Yeni avtomobillərin satışlarında 50 %-dək azalma müşahidə edilir. Bu hal isə avtomobil bazarındakı qiymətlərədə təsirsiz ötüşməyib.Ekspertlər avtomobil bazarında qiymətlərin 20 faizədək düşdüyünü deyir.

Milli.Az "Xəzər xəbər"ə istinadən bildirir ki, yeni avtomobil bazarında baş verən qiymət azalmasının bir neçə səbəbi var.

Ekspertlər bildirir ki, devalvasiyadan sonra qiyməti artıran avtomobil dillerləri müştəri qıtlığından qiyməti əvvəlki səviyyəyə endirdi. Ancaq bu da çarə olmayınca endirim kampaniyalarında start verilib.

Bu hal isə yeni avtomobil sahibi olmaq istəyənlər üçün əsl fürsət ola bilər. Çünki yaxın aylarda qiymətin yenidən qalxacağı gözlənilir.(Milli.Az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR