Avtobuslar tıxacda qalmayacaq

Avtobuslar tıxacda qalmayacaq

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. 

İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib. Burada məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a bildirib ki, yaxın bir ay ərzində Bakıda belə zolaqları görə biləcəyik. 

Ekspertin sözlərinə görə, avtobuslar üçün ayrıca zolaqların olacağı küçə və prospektlər eyni istiqamətdə 3 və daha çox hərəkət zolağı olan yollardır: "Bunlar kifayət qədər geniş yollardır. Orada avtobuslar üçün zolağın yaradılması digər zolaqlarda normal hərəkətin qalmasına şərait yaradacaq. Dünyanın bir çox ölkələrində avtobuslar üçün belə yollar var. Burada məqsəd odur ki, tıxac yaransa belə avtobus tıxacda qalmasın. Bu zolaqların təşkil edilməsi ilə avtobusların ayrıca yolu olacaq və başqa nəqliyyat vasitələri yolu tuta bilməyəcək. Həmin zolağa kimsə daxil olsa 40 manat cərimə olunacaq”. 

Ə.Hüseynov qeyd edib ki, sovet dövründə Bakı şəhərində avtobuslar üçün ayrıca zolaqlar olub: "Həmin zolaqlar 2007-ci ilə qədər qalıb. Tramvay və trolleybusların ləğvi ilə eyni vaxtda həmin zolaqlar da ləğv olundu. Buna baxmayaraq "Yol hərəkəti haqqında” qanunda da bu barədə qeyd olunub. Ayrıca zolaqların salınması üçün heç bir hüquqi problem yoxdur. Bu məsələ artıq müzakirə olunub və qərar qəbul olunub ki, adıçəkilən küçə və prospektlərdə bu iş həyata keçirilsin. Bu qərarın icrası üçün texniki işlər görülməlidir. Müvafiq nişanlar qoyulmalı və nişanlanma xətləri çəkiləcək. Ümid edirəm ki, yaxın bir ay ərzində bunları görəcəyik”.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...