Avtobus yük maşını ilə toqquşdu: xeyli sayda yaralı var

Avtobus yük maşını ilə toqquşdu: xeyli sayda yaralı var

Meksikanın Miçoakan ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

Sfera.az  report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi yerli hakimiyyət orqanları məlumat veriblər.
Qəza Moreliya və Maravatio şəhərləri arasındakı yolda baş verib. İlkin məlumatlara görə, yük avtomobili qarşı zolağa çıxıb.

"Sin Embargo" portalı qeyd edir ki, avtobusun bir çox sərnişinləri avtobusun daxilində və oturacaqlar arasında sıxılmış vəziyyətdə qalıblar. Ölkənin Mülki Müdafiə Xidməti beş nəfərin ciddi yaralandığını məlumat verib.


OXŞAR XƏBƏRLƏR