Hadİsə

Avterşokların sayı 75-ə çatdı - Təkanlar davam edir - YENİLƏNİB

Avterşokların sayı 75-ə çatdı - Təkanlar davam edir - YENİLƏNİB
"Zaqatalada baş verən zəlzələdən sonra avterşokların sayı 75-ə çatıb. Hazırda avterşoklar davam edir”.

Bunu Sfera.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O qeyd edib ki, avterşokların hamısı zəif və hiss olunmayan təkanlardır.

***
11:12

"Dağıntı və tələfatla bağlı Fövqəladə HallarNazirliyi məlumat yayır. Bildiyiniz kimi, 5 iyun 2018-ci il tarixində Zaqatalada ərazisində  maqnitudası 5.5 olan zəlzələ baş verib. Bu yeraltı təkan yer səthində təxminən 6 bal gücündə hiss olunub. Yerli Fövqəladə Hallar Komissiyası  tələfatı öyrənmək üçün araşdırmalara başlayıb". 

Bu sözləri Sfera.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. 

O bildirib ki, mərkəzin baş direktoru Qurban Yetirmişli əraziyə yollanıb:  

"Hazırda əməkdaşlar Zaqataladadır. Ərazidəki gərginlik, aktivliyin artma ehtimalı öyrənilir. Bir saat bundan öncə 7 avterşok qeydə alınıb. Monitorinq mərkəzi tərəfindən mənə bu haqda məlumat verilib. Zəlzələ güclü olduğundan böyük ehtimal ki, avterşoklar davam edəcək". 
 
V.Rafiqqızı ətraf ərazilərdə zəlzələnin hiss olunduğunu bildirib: 

"Zəlzələnin dalğası şimal-qərb rayonlarının hamısında hiss olunub. Şəkidə isə zəlzələ 4 bal gücündə hiss olunub".
 
Nigar
Sfera.az
AdRiver
loading...

XƏBƏR LENTİ