Avstraliyadakı yanğınların daha bir səbəbi bilindi – Yırtıcı yanğın quşları

Avstraliyadakı yanğınların daha bir səbəbi bilindi – Yırtıcı yanğın quşları

Avstraliyadakı yanğınların geniş ərazilərə yayılmasının daha bir səbəbi üzə çıxıb.

Sfera.az xarici mediaya istinadən bildirir ki, yanğını əhali arasında "balaca əjdəhalar” kimi tanınan quşların - çalağanların yaydığı məlum olub.

Bu quşlar yanğın zamanı yanan budaqları qırıb, pəncə və dimdikləri ilə yanğın olmayan ərazilərə aparır, qəsddən yanğını yayırlar.

Coğrafiyaçı Mark Bonta bildirib ki, bu ilk dəfə görülən bir şey deyil.

"Quşların belə etməsinə səbəb öz ovlarını gizləndikləri yerlərdən çıxartmaqdır. Buna görə də yanan budaqları yanğın olmayan yerlərə aparırlar. Beləliklə bu quşlar qaçan və ya yanan heyvanları yeyirlər”. 

Bu barədə araşdırmanın nəticələri nüfuzlu "Journal of Ethnobioloogy” nəşrində dərc olunub. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR