Avstraliyada baş verən yanğın nəticəsində iki nəfər ölüb

Avstraliyada baş verən yanğın nəticəsində iki nəfər ölüb
 

09:27

Avstraliyanın şimal-şərqində baş verən geniş əhatəli meşə yanğınlarında ən az iki nəfər ölüb, daha 7 nəfər itkin düşmüş hesab edilir.

Sfera.az-ın trend-ə istinadən bildirir ki, bu barədə Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti bildirib.

Məlumatda bildirilir: "Ştatda 81 meşə yanğınları qeydə alınıb, 43 yanğın lokallaşdırılmamış qalır. Yanğınlar nəticəsində iki nəfər ölüb, daha yeddi nəfər itkin düşmüş hesab edilir".

Ən azı 100 yaşayış binası və bir sıra sənaye və inzibati binalar, o cümlədən ümumtəhsil məktəbinin yanğın nəticəsində məhv edildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl 30-dan çox insanın yaralandığı, 3 nəfərin isə itkin düşdüyü bildirilib.

----------

 

07:25

Avstraliyanın şərq sahillərini əhatə edən genişmiqyaslı meşə yanğınlarında 30-dan çox insan xəsarət alıb, daha 3 nəfər isə itkin düşüb.

Sfera.az-ın trend-ə istinadən bildirir ki, bu barədə Yeni Cənubi Uels ştatının regional yanğınsöndürmə xidməti bildirib.

Bildirilir ki, yanğınlar nəticəsində ən azı 100 ev dağılıb.

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, bölgə ərazisində 77 meşə yanğınları qeydə alınıb, onlardan 42-i lokallaşdırılmamış qalır. 17 ştat üçün fövqəladə vəziyyət barədə xəbərdarlıq verilib.


OXŞAR XƏBƏRLƏR