Avropaya qaçıb kimliyini və kişiliyi unudanlar

Avropaya qaçıb kimliyini və kişiliyi unudanlar
Xeyli müddət müşahidə etdim "söyüş maşinkaları"nı. İlkdə düşünürdüm ki, bunu narkotik təsiri altında ediblər, qınaqları görüb dayanar və ayılanda üzr istəyərlər. Axı bu tip davranış heç bir ölçüyə sığmır, ağlı başında, əxlaqı yerində olan heç kim belə etməz. 

Amma aydın oldu ki, bunların boynuna missiya qoyulubmuş. Niyə məhz bunların, aşağıda qeyd edəcəm...

Öncə onu nəzərə çatdırım ki, bəziləri bu dəyərsizləri müxalifətçi kimi qələmə verir. Əvvəla və əslində, onlar müxalifətçi adına ləkədir. Müxalif olmaq "söyüş maşinkası" olmaq demək deyil. Söyüşlü davranış bütün çevrələrdə sadəcə əxlaqsızlığın son həddidir.

İkincisi, bu "söyüş maşinkaları" heç zaman siyasi-ictimai fəaliyyətlə məşğul olmayıblar. Son 17 ildə - aktiv jurnalist, redaktor fəaliyyətim dövründə bu adamların heç birini nə siyasi diskussiyalarda, nə mitinqlərdə, nə seçki tədbirlərində - xülasə, siyasi-ictimai fəaliyyəti əks etdirən törənlərdə görməmişəm. Təbii, belədə onlar bir təzyiqə də məruz qala bilməzdilər...

Bəs kimdir bunlar, nə istəyirlər?

Aydın olur ki, "maşinka"lardan biri uzun illər Rusiyada idmançı qiyafəsinə girərək, yaşlı rus qadınlarının "ürəyinə girməklə", onların pullarını mənimsəyib, dələduzluqla üzləşən xanımlar bunu tutdurmaq istəyəndə Hollandiyaya qaçıb...

"Dəli" ayamalı digər "maşinka" isə prokurorluq orqanlarından rüşvətə və təqsirləndirilən şəxslərə işgəncə verdiyinə görə qovulub. Hətta 2003-cü ildə həbs olunan şəxslərdən birinə Suraxanı prokurorluğunda dözülməz işgəncələr vermişdi. Bu adam indi "müxalifətçi" qiyafəsinə girib...

Göyçaylı olan başqa bir gənc "maşinka" haqqında isə maraqlananda rayonumuzdakı dostlar onu dələduz, rastlaşdığı hər kəsə pul "atan", qohumunun evindən oğurluq edən biri kimi xarakterizə etdilər. 

Başqa bir "maşinka" barədə isə öz qohumları video-açıqlama verərək, onun həm də Avropaya "masinka" kimi qaçdığını dedilər...
Aydın oldumu niyə məhz bunları söyüş söyməyə cəlb ediblər? Əlbəttə, belələrinə 500 avro versən, öz doğmalarına, öz namusuna da söyər. Hətta başqa ölkədə qəbiristanlıqda şou düzəldib, atasının ruhunu da incitdi bunlardan biri...

Ölkəmizdən xeyli insan Avropaya gedib. Əksəriyyəti orada Avropa mədəniyyətini qavramağa, sivil insan olmağa çalışıb. Siyasi çevrədə olanları daha səviyyəli davranmağı üstün tutur. Mədəniyyətdən, əxlaqdan, sivilizasiyadan kəm bir neçə bəhs etdiyimiz "azərbaycanlı" isə tərbiyəsizlikləri ilə xüsusi seçilirlər. Necə deyərlər, meşə çaqqalsız olmur. Şübhə etmirəm ki, onlar kişilik, insanlıq ölçülərinə sığmayan davranışlarını hansısa ermənipərəst mənbədən maddi qidalanaraq sərgiləyirlər. Qəfildən 3-4 sırtıq simalı canlının ailə, uşaq, dövlət, millət dəyərlərinə bu dərəcədə həqarətlər yağdırmağa başlaması qətiyyən təsadüfi deyil. Heç şübhəsiz ki, belə murdar hərəkətləri etmək çox mühacirə təklif edilib. Lakin bunu qəbul edənlər çox az sayda olub. O kəslər ki, öz ailəsinə, ana-bacısına, namusuna hörmət etmir, sahib çıxmır, məhz belələridir hər kəsi söyən, təhqir edən...

Digər tərəfdən, "maşinkalar" heç bir əsasları olmadığından Avropada oturum ala bilmirlər. Miqrasiya qaydaları sərtləşib. İndi bir güllə ilə iki dovşan vurmaq istəyirlər; həm ermənipərəst qüvvələrdən pul alıb söyürlər, həm də bunu əsas gətirib oturum almaq istəyirlər...

Azərbaycan xalqı söyüşə çox həssasdır və söyüşcül insanları ən aşağı, murdar tip kimi qəbul edir, onları məclislərində, ətrafında, xeyir-şərində görmək istəmir, belələrinə haqlı olaraq çox sərt reaksiya verir, hətta üzünə tüpürür...

Onlar bilməmiş deyil ki, söyüş söymək asandır, amma tarixən belə olub: Sanballı adamlar söyüşə söyüşlə cavab vermir, o söyüşü ona bir-bir yedirdirlər. Ola bilsin ki, bu gün həmin söyüş maşinkaları Avropada özlərini güvəndə hiss edirlər. Amma bu dünyanın altı gen, üstü dardır, bunu unutmaq olmaz. Bir gün mütləq bu əxlaqsızlıq tendensiyasını yaymaq istəyən canlılar həm hüquqi, həm də kişilik qaydaları üzrə cavab verəcəklər.

Çünki bu adamlar təkcə dövlətin rəhbər şəxslərini, ictimai xadimləri, onlara cavab verən yazarları, siyasətçiləri təhqir etmir. 

Bununla dövlətimizin, millətimizin imicinə ermənicəsinə zərbə vururlar. Sabah ermənilər də bundan dövlətimizə qarşı istifadə edəcəklər. Bu baxımdan hesab edirəm ki, bu qeyri-əxlaqi davranışları sərgiləyən, bunu ənənəyə çevirmək istəyən "söyüş maşinka"larını mümkün bütün variantlardan istifadə edərək, maksimum tez susdurmaq, zərərsizləşdirmək lazımdır. Azərbaycan rəhbərliyi çox humanistdir. Təsəvvür edin ki, hansısa amerikalı, yaxud rus xaricə, lap elə, Azərbaycana qaçıb oradan dövlət rəhbərini, onun ailəsini müntəzəm təhqir edir. Sizə nə baş verərdi? Burada hərə öz ssenarisini düşünməyi haqq edir...

Humanizm prinsiplərini sərtləşdirməyə belələri vadar edir. Odur ki, bütün cəmiyyət bu yaramazlıqları edənlərin üstünə gedib, onları susdurmalıdır.
 

Elşad Məmmədli

OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...