Avropanın Qarabağda müharibə qorxusu: “Minsk qrupu Ermənistana xidmət edir”

Avropanın Qarabağda müharibə qorxusu:  “Minsk qrupu Ermənistana xidmət edir”

Avropa Birliyi məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzi (European Policy Center) 

Dağlıq Qarabağ münaqişəsinə dair təhlil hazırlayıb.


Publika.az
 mərkəzin saytına (epc.eu) istinadən xəbər verir ki, “Dağlıq Qarabağ və Avropa Sərhədlərində 

Böhranlar Mənbəyi” adlı təhlildə Dağlıq Qarabağ münaqişəsinin Avropaya təhlükə yaratdığı qeyd olunur.


Amanda Paul və Dennis Sammutun müəllifi olduğu təhlildə deyilir ki, Avropa Birliyi münaqişəyə heç bir təsir 

etmədən məsələni tamamilə ATƏT-in Minsk qrupunun üzərinə buraxıb.


“Avropa Birliyinin münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təsir imkanları yoxdur. Buna baxmayaraq,

 Birlik münaqişəyə biganə qala bilməz. Çünki gərginliyin artması Avropa üçün mühüm olan Cənub Qaz Dəhlizi

 layihəsinə təhlükə yaratmaqla yanaşı, yeni münaqişə ocağından miqrant axını təhdidini də artırır. Avropa Birliyi 

münaqişənin həllində daha fəal rol tutmalıdır”, - deyə təhlildə bildirilir.


Müəlliflər hesab edir ki, münaqişədə Minsk qrupu formatı Ermənistanın xeyrinədir: “İrəvan Minsk qrupunu mövcud

 status-kvonun qalmasının təminatı kimi görür. Azərbaycan isə qrupla əməkdaşlığı davam etdirsə də, onun fəaliyyətindən 

narazıdır”.


Təhlildə qeyd olunur ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü aydın şəkildə dəstəkləsə də, rəsmi Bakı Birliyin

 Qarabağ münaqişəsinə yanaşmasından ümumən narazıdır.


“Bakı hesab edir ki, Avropa Birliyi Azərbaycan torpaqlarının işğalına, Ukrayna ərazisinə Rusiyanın müdaxiləsinə verdiyi 

reaksiyadan daha yumşaq münasibət bəsləyir”, - deyə bildirilir.


Müəlliflər Qarabağda müharibə odunun alovlana biləcəyini düşünürlər: “Bakı və İrəvanın müharibənin başlamasında 

maraqlı olmamaları, sülhün təminatı kimi qəbul edilməməlidir. Münaqişənin yenidən alovlanması üçün bütün faktorlar 

artıq mövcuddur. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsini bundan sonra Rusiyanın periferiyasında lokal problem

 kimi deyil, Birliyin qonşuluğunda təhdid mənbəyi və potensial böhran kimi qiymətləndirilməlidir”, - deyə mərkəzin təhlilində 

vurğulanır.


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...