Sİyasət

Avropadakı mühacirlərə “qara pul” ittihamı

Avropadakı mühacirlərə “qara pul” ittihamı
Mirvari Qəhrəmanlı: "Bu insanların aldıqları qrantdırsa, niyə hesabatlılıq və şəffaflıq tələb olunmur?”
 
Almaniyada mühacir həyatı yaşayan "Azad Söz” internet portalının rəhbəri Tural Sadıqlı ilə Fransada yaşayan blogger Məhəmməd Mirzəli arasındakı qrant davası böyüyür. M.Mirzəlinin keçmiş dostunu adını çəkmədiyi beynəlxalq təşkilatdan birgə iş adı ilə 80 min avroya yaxın qrant almaqda və əvəzində ona az məbləğdə pul verməkdə ittiham etməsindən başlayan qarşıdurma daha da böyüyüb.

M.Mirzəli T.Sadıqlını aldığı qrantla bağlı şəffaflığı qorumaq üçün hesabat verməyə çağırıb.

Son olaraq, T.Sadıqlı özünü facebook profilində canlı yayıma çıxaraq M.Mirzəlini "satqın və ikiüzlü” adlandırıb: "Məhəmməd deyir ki, guya onun bacısının ərini həbs ediblər. Ancaq bununla bağlı heç bir sənəd, məhkəmə qərarını paylaşmır, üzə çıxarmır. Bu necə ola bilər? Və mənə mesaj yazıb ki, qoy yeznəm həbsdən çıxsın, sonra davam edərik. Bu adamın məqsədi siyasi oturum almaq idi deyə bir ara fəallaşmışdı, Avropada oturumu aldı, sonra sakitləşdi. Daha sonra ailəsini bura gətirmək üçün hökuməti söydü və anasını bura gətirdi. İndi də deyir ki, qoy bir az sakit dayanım, yeznəm həbsdən çıxsın”.
T.Sadıqlı daha sonra M.Mirzəlini savadsız və cahil adam adlandırıb: "Bu adamın danışığından da bilinir ki, heç bir savadı, dünyagörüşü yoxdur. Yalnız söyüş söyməklə nəyəsə nail olmaq istəyirdi, hamı da bizi qınayırdı ki, niyə bu adama efir verirsiniz. Biz sadəcə ona dəstək olmaq istədik, o da belə etdi”.
Sadıqlı canlı yayımda Mirzəlinin video görüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir:"Məhəmməd canlı yayımda deyir ki, şərəfsiz sözü söyüş deyil, evdə həyat yoldaşım da mənə şərəfsiz deyir”.

Haqsızlıqdan, ədalətdən dəm vuran adamların özlərinin əllərinə düşən ilk fürsətdə korrupsiyaya uğramaları onların "mübarizə” iddiasında heç də səmimi olmadıqlarının, yalnız fərdi maraqlarını güddüklərin göstəricisidir.

Məsələnin digər bir tərəfi isə qrant mənimsəməsi ilə bağlıdır. Məlumdur ki, istənilən qrant layihəsi üzrə hesabat verilməlidir, şəffaflıq təmin olunmalıdır.
Əslində Avropadakı mühacir azərbaycanlıların qrant mənimsəyə son illərdə daha çox girişdikləri barədə mətbuatda çoxsaylı xəbərlər gedib. Hətta onların Azərbaycanda mənsub, yaxud yaxın olduqları müxalif siyasi qüvvələrə də aldıqları qrantlardan yardım etdikləri bildirilirdi. Azərbaycana anti-mövqedə dayanan  beynəlxalq təşkilatlardan qrantlar almaq üçün Azərbaycan hökumətini söyən, ona qarşı təbliğat aparan mühacirlərin olduğu barədə də çoxsaylı məlumatlar indiyə qədər yayılıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Azərbaycanda qrant haqqında qanunlarda sərt dəyişikliklər edilməsəydi, Avropada bu cür situasiya yaranmazdı:
 
"Bilirsiniz ki, Azərbaycanda QHT-lərə qarşı çox sərt qərarlar qəbul edilib. Nəticədə elə bir vəziyyət yarandı ki, QHT-lərin xaricdən qrant almaları mümkünsüz oldu. Bu da o nəticəni verdi ki, Qafqaza ayrılan qrantlar digər Qafqaz ölkələrinin QHT-lərinə daha çox ayrıldı. Bu da onların güclənməsinə, bizim QHT-lərin isə zəifləmələrinə səbəb oldu. Ölkəmizdə demokratiya və digər məsələlərlə bağlı illər öncəyə qədər qrantlar alan QHT-lərlə xarici donorlar çalışa bilmirlər. Mövcud situasiyadan xaricdəki mühacirlər məharətlə istifadə edirlər. O mühacirlər ki, onların əksəriyyəti nə QHT rəhbəridir, nə də hüquq müdafiəçisi. Onlar ümid edirlər ki, müxtəlif yollarla ölkədəki vəziyyətlə bağlı hesabatlar hazırlaya biləcəklər. Beynəlxalq təşkilatlar da onlara inanır. Nəticədə burada ikitərəfli qeyri-şəffaflıq halı baş verir. Əgər beynəlxalq təşkilatlar onlara qrantlar ayırırlarsa, bu barədə həmin şəxslər mütləq məlumat yaymalı, həmin qrantların məbləğini deməli idilər. Bunu onlar çox asanlıqla göstərə bilərdilər. Onun üçün ki, onlar Azərbaycanda yaşamırlar və buradakı qanunvericilik onlara aid deyil. Burada ən çox beynəlxalq təşkilatlar günahkardır. Çünki onlar hesabat tələb etməli idilər. İstər Tural, istərsə də, digərləri olsun, əgər hansısa bir layihə çərçivəsində qrant alıblarsa, mütləq bu barədə məlumat verməli idilər. O hesabat Azərbaycana təqdim olunmalı, dürüstlüyü məlum olmalı idi. Çox təəssüflə deyirəm ki, bu gün həmin insanların özlərinin maariflənməsinə, treninq keçmələrinə ehtiyac var. Mövcud vəziyyətdə üç tərəfin günahı var, həm Azərbaycan hökumətinin, həm beynəlxalq təşkilatların, həm də qrant alan həmin şəxslərin. Təcrübəsi olmayan, bir məktəb keçməyən, aidiyyatı sahə üzrə peşəkar olmayan insanlara layihələrin verilməsi və sonunda da onların pul üstündə davalarının düşməsi sadəcə təəssüf doğurur. Burada bir sual da yaranır. Doğrudan da həmin şəxslər qrant alıblar? Bunun özü şübhə doğurur. Mümkündür ki, bu və ya digər maraqlı şəxs, qurumlar tərəfindən də "qara pullar" ayrıla bilər. Bunun özü də şübhəlidir. Bu insanların aldıqları pullar qrantdırsa, niyə hesabatlılıq və şəffaflıq tələb olunmur?"
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31