Avropa ölkələrindəki Narkoloji Mərkəzlər: Burada idman zalı, üzgüçülük hovuzu da var - FOTOLAR

Avropa ölkələrindəki Narkoloji Mərkəzlər: Burada idman zalı, üzgüçülük hovuzu da var - FOTOLAR
Bir müddət öncəyə qayıdaq. Ötən həftə sonu Respublika Narkoloji Mərkəzində baş verən hadisədə ölənlərin sayının çox olması ilə yanaşı, baş verən olaydan sonra çəkilən fotolar da cəmiyyətə böyük acı yaşatdı. 

Sfera.az bildirir ki, şəkillərdən bu tikiliniin uçuq-sökük olduğu aşıq-aşkar görünür. 

Avropa ölkələrində, xüsusən də Almaniyada narkotik aludəçisi olan şəxslər üçün istismara verilən binalar təm-tərağı, səliqəsi ilə seçilir. Bu cür mərkəzlərdə hətta xəstələr üçün idman zalları, üzgüçülük mərkəzləri və sair də olur. 
 
Xatırladaq ki, hələ 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzi üçün 250 çarpayılıq müasir standartlara cavab verən yeni binanın inşa edilməsi ilə bağlı məlumat yayımlanmışdı. Ötən həftə sonuna acı damğasını vuran məlum hadisə bu məsələni yenidən gündəmə gətirdi. Yeni korpusun yaxın zamanlarda istifadəyə veriləcəyi bildirildi. 
 
Almaniyadakı Narkoloji Mərkəzdən çəkilmiş fotolar:
 






 
Digər avropa ölkələrinin Narkoloji Mərkəzlərindən çəkilən fotolar:
 








Nigar Məhərrəm 
Sfera. Az


OXŞAR XƏBƏRLƏR