Dünya

Avropa ölkələri İranla bağlı bəyanat yaydılar

Avropa ölkələri İranla bağlı bəyanat yaydılar
 

"İranın Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəlikləri ilə bağlı dünən etdiyi açıqlamadan daha çox narahat olduğumuzu qeyd edirik”.

 

Bu, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Almaniyanın xarici işlər naziri Heiko Maas, Böyük Britaniyanın XİN başçısı Ceremi Hunt və Fransanın xarici işlər naziri Jan-İves Le Drianın İran prezidenti Həsən Ruhaninin mayın 8-də açıqladığı qərarla bağlı birgə bəyanatında vurğulanıb.

 

"İranı nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”, - bəyanatda bildirilib.

 

"Report” xatırladır ki, mayın 8-də İran prezidenti Həsən Ruhanı Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərdən qısmən çıxdıqlarını bildirib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031