Avropa İttifaqı Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə bəyanat verib

Avropa İttifaqı Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətilə bəyanat verib

Azərbaycan müstəqillik illəri ərzində hərtərəfli inkişaf edib.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqı sözçüsünün Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı bəyanatında deyilir.
 
Bəyanatda bildirilir ki, Avropa İttifaqı güclü demokratiya institutlarının və qanunun aliliyinin inkişaf etdirilməsi və bütün azərbaycanlılara faydalı olacaq iqtisadi inkişafı dəstəkləmək sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirəcək: "Bu il, həmçinin Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi qeyd olunur. Bununla yanaşı, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasının imzalanmasından 20 il keçir. Aİ Azərbaycanla 1996-cı ildə imzalanmış bu razılaşmanın əvəzində yeni əməkdaşlıq sazişi üzrə danışıqların başlanmasını və qarşılıqlı maraq, yenicə nəzərdən keçirilmiş Avropa Qonşuluq Siyasətinin prinsipləri və beynəlxalq qanun çərçivəsində ikitərəfli əməkdaşlığı daha inkişaf etdirməsini səbirsizliklə gözləyir.
 
Bizim Şərq Tərəfdaşlığı proqramı ilə yanaşı, bu yeni saziş ikitərəfli dialoqu genişləndirməyə, daha möhkəm iqtisadi və inkluziv cəmiyyət qurmağı dəstəkləməyə və Azərbaycan xalqı ilə əlaqələri inkişaf etdirməyə xidmət edəcək".


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...