Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi

Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdarlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki,bu barədə sammitdə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.

Bəyanamədə daha sonra bildirilir ki, Brüsseldə keçirilən V Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolla nizamlanmasına kömək etmək üzrə səyləri dəstəkləməyə çağırır.

Bəyannamədə deyilir: "BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı il Paris Xartiyasında qeyd edilən məqsəd və prinsiplərə hörmət Avropanın dincliyi və bölünməzliyi naminə böyük əhəmiyyət daşıyır".

Sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüquq prinsiplərinin davamlı şəkildə pozulması ilə bağlı narahatlıqlarını bildirib:

"Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi iqtisadi və sosial inkişaf, eləcə də əməkdaşlıq üçün vacib əhəmiyyət daşıyır. Sammit iştirakçıları Aİ-nin münaqişələrin həlli və etimadın möhkəmləndirilməsi üzrə səylərini və rolunun güclənməsini alqışlayır".

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR