Avro və qızıl yenidən bahalaşdı

Avro və qızıl yenidən bahalaşdı

Martın 28-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,11% bahalaşaraq 17 535,39 bənd, "S&P 500" 0,05% artaraq 2 037,05 bənd, "Nasdaq" isə 0,14% geriləyərək 4 766,79 bənd təşkil edib.

Sfera.az report-a istinadən bildirir ki, Avropa ölkələrində Pasxa bayramı qeyd edildiyi üçün fond bazarları işləməyib. Bu səbəbdən də Avropa fond indeksləri olduğu kimi qalıb.

Qeyd edək ki, Avropa fond bazarlarında indekslər sonuncu dəfə martın 24-də dəyişib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% bahalaşaraq 1 218,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1189 (+0,27%) təşkil edib.


OXŞAR XƏBƏRLƏR