İdman

AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 19-a çatıb

AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 19-a çatıb

AVRO-2020-yə vəsiqə qazanan daha iki milli komandanın adına aydınlıq gəlib.

Sfera.az xəbər verir ki, D qrupunda iki xoşbəxt komanda İsveçrə və Danimarka milliləri olub.

İsveçrə səfərdə Cəbəlüttariqi 6:1 hesabı ilə darmadağın edib. Danimarka isə Dublin səfərində İrlandiya ilə 1:1 oynayaraq bu nəticəyə nail olub. Bununla da İsveçrə 17 xalla qrup lideri, Danimarka isə 16 xalla ikinci kimi AVRO-2020-yə vəsiqə qazanıb.

Sabah (Bakı vaxtı ilə təxminən 01:50) isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə qazanan son qalibin adına aydınlıq gələcək. Millimizin yer aldığı E qrupunda ikinci yerə vəsiqəyə üç namizəd var. Bunlar Macarıstan, Uels və Slovakiya yığmalarıdır.

Qeyd edək ki, indiyədək 19 komanda Avro-2020-yə vəsiqə qazanıb. Bunlar İngiltərə, Çexiya, Portuqaliya, Ukrayna, Hollandiya, Almaniya, İsveçrə, Danimarka, Xorvatiya, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya yığmalarıdır. (oxu.az)


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031