Aviabiletlərin "uçan" qiymətləri - VİDEO

Aviabiletlərin
Aviabiletlərin qiymətləri yenidən bahalaşıb. Xüsusilə son vaxtlar qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gedib-gəlmək olduqca baha başa gəlir. Quru sərhədlərin bağlı olması, uçuş məhdudiyyətləri və s. Çox güman ki,  bütün bunlar qiymətlərin ucuzlaşmasının qarşısını alır. 

Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir. Əksinə hava nəqliyyatı ilə sərnişin daşıma qiymətləri ötən ay ilə müqayisədə yüksəlib.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hər il yaz aylarından başlayaraq qiymətlərdə bahalaşma müşahidə edilir. Səbəb xaricdə və ölkəmizdə təhsil alan tələbələrin gəliş-gedişi, eyni zamanda turist axınıdır. 

Ekspert deyir ki, xüsusilə Türkiyə və əks istiqamətdə bilet qiymətləri 20-30 faiz arasında bahalaşıb. Bahalaşma eyni zamanda Gürcüstan istiqamətində də müşahidə edilir.

Rusiya və əks istiqamətdə də hələki bilet qiymətləri sözün əsl mənasında cib yandırır. Bunun səbəbi faktiki olaraq uçuş məhdudiyyətləri və reyslərin sayının az olmasıdır. 

Bununla belə, asiya ölkələri istiqamətində aviabiletlər nisbətən ucuzlaşıb. Xüsusilə indiki aylardan başlayaraq həmin ölkələrdə kəskin istilər olduğundan gediş-gəlişlərin sayı azalır.

Rəhman Quliyev deyir ki, əgər rusiya ilə uçuş məhdudiyyəti qaldırılsa, bu zaman qiymətlərdə enmə müşahidə ediləcək. Digər istiqamətlərdə isə hələlik qiymət ucuzlaşması gözlənilmir.

OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...