\'\'Auschwitz\'\' Ölüm düşərgəsi haqqında bilinməyən faktlar - FOTO-VİDEO
13:29 / 05.07.2016
1911
''Auschwitz'' Hitler Almanyası tərəfindən 2-ci dünya müharibəsində yaradılan ən böyük ölüm düşərgəsidir. Yəhudilərin Şərqi Avropada ən çox məskunlaşmış yeri olan Polşa əvvəlcədən bu soyqırımın reallaşdırılması üçün seçilmişdi. Şəhər olaraq Krakov ətrafı ərazilər nəzərdə tutulmuşdu. Bura ümumilikdə 1,3 milyon insan gətirilir, 1 milyonu yəhudi olmaqla, 1,1 milyon insan vəhşicəsinə öldürülür.
Qaz otaqları girovlarda panikaya səbəb olmaması üçün hamam formasında tikilmişdi.
941-ci ilin sentyabrında yaradılması üçün qərar çıxarılan Auschwitz düşərgəsi saxlanılan girovların məcburi şəkildə müxtəlif fiziki işlərdə işləməsi adı altında qurulmuşdu. Lakin daha sonra vəziyyət hər kəsə daha aydın oldu. Qatarla ölüm düşərcəsinə gətirilən girovlar burada yaşayacaqlarını fərz edərək, əşyalarını da gətirmişdilər. Qaz otaqları girovlarda panikaya səbəb olmaması üçün hamam formasında tikilmişdi. Ora hətta saxta borular və duş qoymuşdular. Çimmək üçün otaqlara yığışan insanlar, qaz verilərək elə yerindəcə öldürülürdü. Onların boğulma zamanı gördükləri əziyyət qaz otaqlarında müşahidə edilirdi. Hər tərəf dırnaq izləri olduğu üçün izlər silinir və yeni girovlar üçün hazırlanırdı.
Hər gün minlərlə insan yandırılırdı.
Auschwitz girovları qatardan düşən kimi, müxtəlif qruplara bölünürdülər. Yaşlı, uşaq və əlillər dərhal ölüm düşərgələrinə, digərləri isə müvəqqəti işləmə yerlərinə göndərilirdi. İş saatının çoxluğundan və yemək qıtlığından sağlam insanlar qısa müddətdə ağır xəstəliklərə yoluxaraq, ölürdülər. Öldürülən girovların çoxluğuna tab gətirməyən, insanı kül edən qurğuların sayı getdikcə artırdı. Artıq ətrafdan dəhşətli qoxu gəlməyə başlamışdı. Hər gün minlərlə insan yandırılırdı. İnsanları kütləvi şəkildə basdıraraq da, öldürürdülər.
Ölüm düşərgəsində ayrıca bölmə də var idi. Burada ölən insanların qiymətli əşyaları saxlanılırdı. 900.000 insan ''Auschwitz'' ölüm düşərcisinə gətirildiyi andaca qaz balonlarında bogularaq və güllələnərək öldürüldü. Digər 200.000 insan isə aclıq, ağır stress və digər müxtəlif xəstəliklərdən həlak oldu. 6 ay içində ölən düşərgə sakinləri hər gün təsminən 10-12 saat işlədilirdi və saç kəsmə, cəsəd toplama və yandırma işlərini də onlar görürdü.
Almaniya ilə müharibə edən Müttəfiqlər 31 May 1944-ci ildən etibarən bütün ölüm düşərgələrinin havadan görüntülərinə sahib oldu. Müharibənin sonlarına yaxın SSSR-nin yaxınlaşması xəbərini eşidən Hitler Almaniyası 1945-ci ilin 17-23 yanvar tarixlərində Auschwitzdə saxlanılan sonuncu girovlardan 60.000-ini məcburi şəkildə qərbə doğru aparmağa başladı. Gücsüz vəziyyətdə olan xəstələr və yaşlılar ölümlə üz-üzə qaldı.
Ölüm düşərgəsində milyondan artıq paltar, 45.000 cüt ayaqqabı, 7.000 ton insan saçı tapılır.
27 Yanvar 1945-ci ildə SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan Sovet 60-cı Ordu Ukrayna birlikləri Auschwitz-ə daxil olaraq, girovluqda saxlanılan 5800 ağır təzyiqlərə məruz qalan insanlara çardılar. Əsgərlər qeyd dəftərlərində 5800 girovun vəziyyətin vəziyyəti haqqında yazaraq, dəhşətə gəldiklərini bildirmişdilər. Bir neçə gün sonra dünyaya səslənərək Auschwitz də baş verən dəhşətlər haqqında məlumatlar verilir. Ölüm düşərgəsində milyondan artıq paltar, 45.000 cüt ayaqqabı, 7.000 ton insan saçı tapılır.
2-ci dünya müharibəsindən əvvəl ''Auschwitz'', köhnə adıyla ''Oscwinchim'' əhalisinin yarısı yəhudi olan 14.000 nəfərdən ibarət balaca bir qəsəbə idi. Auschwitz adı Holokost müddətində soyqırıma məruz qalanların 2-ci dünya müharibəsindəki simvolu idi. Ölüm düşərgələrində ümumilikdə 6 milyon yəhudi öldürülür. Soyqrımın baş verdiyi ərazi 1979-cu ildən UNESCO tərəfindən qorunmaya alınır. Hər il milyondan çox turist bu ərazidə baş verən faciəni, dağıdılmış qaz otaqlarını, məhv edilmiş həyatların izlərini görmək üçün müxtəlik ölkələrdən gəlirlər.
Bu mövzuda çox sayda film çəkilmişdir
Ən yaxşı filmlər isə bunlardır.
1.The Pianist
2.Schindler's List
3.The Boy in the Striped Pyjamas
4.The Reader
5. The Eichmann Show
/pahoo.az/