ATV-nin prezidenti və 32 nəfər işdən çıxarıldı - Yeniləndi

ATV-nin prezidenti və 32 nəfər işdən çıxarıldı - Yeniləndi

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.

Sfera.az bizimyol.info-ya istinadən xəbər verir ki, işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında səsləndirdiyi fikirlər olub. 

Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

APA-nın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.

Qeyd edək ki, "CBC” telekanalı əvvəllər ATV nin tərkibində "ATV International" kimi fəaliyyət göstərib.

ATV kanalına yeni rəhbər təyin olunan Azər Xəlilov sayta açıqlamasında məlumatın doğru olduğunu bildirib. "Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir”.

***

Verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR