ATV ilə yollarını ayıran Raci Şaşmaza Oktay Kaynarcadan dəstək — FOTO
"Türkiyənin ATV telekanalı "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının prodüseri Raci Şaşmazla işbirliyinə son verməsindən sonra tanınmış aktyor Oktay kaynarca ona dəstək verib.
Sfera.az "Ölkə.Az"-a istinadla xəbər verir ki, telekanal rəhbərliyi serialın prodüserliyini Raci Şaşmazdan alıb "İç Yapımlar" verib. Serialın baş rol ifaçılarından olan Oktay Kaynarca isə sosial media hesabından "Çətin yola düşük insanlarla çıxarsan, yolu da satarlar, yolçunu da ... Yolumuz açıq olsun" yazıb. Tanınmış aktyorun bu sözləri baş vermiş hadisə ilə əlaqələndirirlər.
Aktyordan mövzu ilə bağlı daha bir açıqlama gəlib. O, Raci Şaşmazla dostluğunun davam etdiyini bildirərək "Əvvəlcə onu deyim ki, fotonun altına yazdığım o sözlər çox bəyəndiyim sözlərdir. Hamı bilsin ki, Raci ilə dostluğumuzda heç bir problem yoxdur və daima da davam edəcəkdir".