ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin regiona rəsmi səfəri başlayır.

Diplomatın səfəri sentyabrın 30-na davam edəcək.

K.Vigenin Azərbaycan, Gürcüstan və Ermənistanda hökumət rəsmiləri, parlamentarilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə regionda uzun müddət davam edən münaqişələrin sıravi insanların həyatına təsiri ilə bağlı müzakirələr aparacaq.

"Atəşəkəsin pozulması hallarının statistikasını unutmaq çox asandır. Bölgədəki insanlar üçün bu abstrakt məfhum deyil, amma bu, onların rifahına gerçək təsir edir. Ümid edirəm ki, uzun müddət davam edən münaqişələrin insan həyatrına təsiri diqqət mərkəzində olacaq”, - deyə K.Vigenin deyib.

Onun sözlərinə görə, parlamentarilərin danışıqları münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər. 9report)

Sfera.az

DİGƏR XƏBƏRLƏR