ATƏT MQ həmsədrliyinə uyğun gəlməyən addımlar — Deputat

ATƏT MQ həmsədrliyinə uyğun gəlməyən addımlar — Deputat
 İyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində işğalçı Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi.İşğalçı Ermənistan təzavüzkar siyasətinə sadiq qalaraq yaşayış məntəqələrimizi,mülki əhalini ağır silahlardan atəşə tutdu.Bu, düşmən tərəfindən faktiki olaraq Xocalı soyqırımının təkrarlanma ssenarisinin planlaşdırıldığı demək idi.
 

Avqustun 13-də AZƏRTAC Azərbaycan Prezidenti Mətbuat Xidmətinin məlumatını yaydı. Məlumatda bildirildiyi kimi,Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə telefonla zəng etmişdi.Təşəbbüs Azərbaycan Prezidentinə məxsusdur. Telefon zənginin məqsədi cəmiyyətimizdə ciddi narahatlığa və əsaslı suallara səbəb olmuş məqamları Rusiya rəhbərliyinin nəzərinə  çatdırmaqdan ibarət idi.Bu narahatlığın səbəbi odur ki, Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatından sonra-iyulun 17-dən etibarən Rusiyadan Ermənistana Qazaxıstan,Türkmənistan və İranın hava məkanlarından istifadə etməklə 7 reyslə 400 ton həcmində hərbi  yük göndərilib.Şübhəsiz ki,təsbit edilmiş bu faktlar Azərbaycan və Rusiya arasındakı müttəfiqlik münasibətlərinə,Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədlərindən biri kimi üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir,əksinə onlarla ziddiyyət təşkil edir.

Xüsusi xidmət orqanlarımızın müəyyən etdiyi faktlardan biri də odur ki, son 15 ildə Ermənistan dünyada ən çox silahlanan ölkələr arasında yer almaqdadır.Bu fakt Almaniyada fəaliyyət göstərən "Bonn İnternational Center for Conversion”(BICC) təşkilatının hazırladığı məruzədə də təsdiqini tapır.Məruzəyə əsasən, 2007-2009-cu illərdə dünya üzrə silahlanma yarışında Ermənistan 8-ci yerdə qərarlaşmışdısa,2012-2014-cü illərdə 4-cü yerə yüksəlmişdir.2014-cü ildən etibarən Ermənistan davamlı olaraq bu göstərici üzrə 3-cü yerdədir.Bu göstəricilər Ermənistanın rəsmi silah alışına dair hesabatına da tam  uyğundur.Bütün bunlardan əlavə,təcavüzkar və işğalçı Ermənistan müxtəlif ölkələrdən,xüsusən də müttəfiqlərindən gizli şəkildə dünya bazar qiymətlərindən daha ucuz silah almaqda davam edir.İyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana daxil olmuş hərbi yük də bu qəbildəndir.

Digər bir fakt isə Azərbaycanla strateji müttəfiqlik iddiasında olan Serbiyanın Ermənistana ağır döyüş silahları,o cümlədən minaatanlar satması ilə bağlıdır. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviçin Xarici İşlər nazirliyimizə dəvət olunaraq əsaslı iradlarımızın onun diqqətinə çatdırılması,kəskin etirazımızın bildirilməsi ciddi diplomatik addım idi .Ölkəmizin etirazının faktlara söykənməsi onunla nəticələndi ki,avqustun 7-də Serbiya Prezidenti cənab Aleksandr Vuçiç Prezident cənab İlham Əliyevə telefonla zəng etdi və müttəfiqlik münasibətlərinə uyğun gəlməyən addımlarına aydınlıq gətirmək məcburiyyətində qaldı.Ardınca isə Serbiya Baş nazirinin müavini,Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviçi ölkəmizə ezam etdi.

Yaranmış vəziyyət onu göstərir ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan  həmsədr ölkələrdən bəziləri  vasitəçilik missiyasının tərəfsizlik anlamına lazımınca diqqət yetirmirlər və bunun da cəmiyyətimizdə ciddi narahatlıq doğurması təsadüfi deyil,anlaşılandır və Azərbaycanı müvafiq nəticələr çıxarmağa sövq edir.

Milli Məclisin deputatı Ülvi Quliyev   



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...