Sİyasət

ATƏT koronavirusa görə cəbhə xəttində monitorinqləri dayandırdı

ATƏT koronavirusa görə cəbhə xəttində monitorinqləri dayandırdı
 ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb.

Sfera.az bildirir ki, bu barədə xəbər qurumun saytında yer alıb. 

Bəyanatda deyilir: 

"COVID-19-un yayılması nəticəsində meydana gələn müstəsna vəziyyətlə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ)) tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır.

Bölgənin tibbi qaynaqlarının yalnız virusun yayılmasına qarşı mübarizə aparmaq və virusa yoluxanların müalicəsinə həsr edilməli olduğunu nəzərə alaraq, mövcud birbaşa rabitə əlaqələrindən maksimum istifadə etməklə, eskalasiya riskini azaltmaq üçün tərəfləri mümkün olan ən yüksək təmkin nümayiş etdirməyə çağırırıq. Beynəlxalq səyahətlərə tətbiq olunan ciddi məhdudiyyətlərə baxmayaraq, həmsədrlər vasitəçilik səylərini fasiləsiz şəkildə davam etdirəcək, bir-biri ilə və tərəflərlə sıx əlaqədə olacaqlar”.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031