ATƏT: “Ermənistanda etirazçılara qarşı zorakılıq ciddi narahatlığa səbəb olur”

ATƏT: “Ermənistanda etirazçılara qarşı zorakılıq ciddi narahatlığa səbəb olur”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link Ermənistan hökumətini Yerevanın mərkəzində dinc aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağa çağırıb.

Milli-Xeber.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında deyilir.

Məlumatda deyilir ki, Ermənistan ATƏT-in bütün üzv ölkələri kimi üzərinə sərbəst toplaşmaq azadlığını təşviq və müdafiə etmək öhdəliyi götürüb və indi Yerevanda etirazçıların bu azadlığına hörmətlə yanaşılmalıdır.

M.Link həmçinin bildirib ki, su şırnağından istifadə edilməsi və yüzlərlə aksiya iştirakçısının həbs edilməsi ciddi narahatlığa səbəb olur.

O qeyd edib ki, qeyri-adekvat gücün tətbiq edilməsi, əsassız həbslər barəsində bütün məlumatlar qərəzsiz olmalı, günahkarların məsuliyyətə cəlb edilməsi üçün detallı və operativ şəkildə araşdırılmalıdır.


OXŞAR XƏBƏRLƏR