ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri Azərbaycandadır
Siyasət
18:33 / 07.03.2018
3784
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıya gəlib.
Sfera.az APA-ya istinadən bildirir ki, missiyanın digər üzvləri iki gün ərzində Bakıya gələcəklər.
Onların rəsmi olaraq martın 9-da fəaliyyətə başlamaları nəzərdə tutulub.