ATƏT danışıqlarda vasitəçi rolunu davam etdirəcək-ekspert

ATƏT danışıqlarda vasitəçi rolunu davam etdirəcək-ekspert
"ATƏT sədrinin Ermənistanın qondarma rejimin də danışıqlar prosesinə qatılması tələbinə münasibət bildirməməsi, susması qurumun məlum mandatının tələbləri və 1975-ci ilin avqustunda təsdiq olunan dəyər və nizamnaməsinə uyğun deyil”

Sfera.az-a açıqlamasında bu sözləri ATƏT sədri Miroslav Layçakın Bakı səfərini dəyərləndirərkən politoloq Elşən Mirzəoğlu deyib. 
Bütün hallarda onun fikrincə, ATƏT sədrinin Azərbaycana olan bu səfəri münaqişə tərəfləri arasındakı görüş ərəfəsində böyük əhəmiyyət kəsb edir: 
 
"Bu səfər fonunda ATƏT-in Qarabağ münaqişəsilə bağlı mövqeyinə bir daha qurum sədrinin özü səviyyəsində aydınlıq gətirildi. Tərəflər bildirdilər ki, bütün hallarda bölgədə sabitliyin qorunub saxlanılması və münaqişənin danışıqlar yolu ilə həlli ATƏT-in Minsk qrupunun mandatının formatına uyğun olan məsələdir.  Amma təəssüf doğuran amil ondan ibarədir ki, ATƏT sədri Ermənistan baş nazirinin Azərbaycan prezidentilə qarşıda gözlənilən görüşü ərəfəsində danışıqların formatının mahiyyətilə bağlı verdiyi açıqlamasına aydınlıq gətirməyib.  Bəlkə də, bu aydınlığın gətirilməsi ATƏT sədrinin səlahiyyətinə aid olan məsələ deyil. Amma bu açıqlama bir daha göstərir ki, qarşıdakı görüş ərəfəsində Ermənistan növbəti dəfə danışıqları sadəcə danışıqlar naminə aparmaq və danışıqlar masası arxasında Dağlıq Qarabağın separatçı rejim nümayəndələrini görmək istəyir. ATƏT sədrinin bu məsələyə konkret olaraq münasibət bildirməməsi, susması hər halda qurumun məlum mandatının tələblərinə və 1975-ci ilin avqustunda təsdiq olunan dəyərlər və nizamnaməsinə uyğun olan məsələ deyil. Amma bütün hallarda ATƏT sədrinin qurumun özünün də münaqişənin həllində maraqlı olmasını bir daha bəyan etməsi göstərir ki, qurum danışıqlarda vasitəçi qismində çıxış etməkdə davam edəcək və bundan sonra danışıqlarda hansı razılığa gəlinməsi məsələsi daha çox tərəflərin üzərinə düşən məsuliyyət olacaq”.     

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanda səfərdədir. Buradan da onun Ermənistana səfər edəcəyi gözlənilir. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...