Atatürk sərvətini kimə vəsiyyət edib? — Vəsiyyətnamənin əlyazma versiyası

Atatürk sərvətini kimə vəsiyyət edib? — Vəsiyyətnamənin əlyazma versiyası
Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər vəzifə etmiş ilk prezidenti, Türk Ordusu Marşali və daha əvvəlində bir Osmanlı paşasıdır.
 
Sfera.az "Ölkə.Az”-a istinadla xəbər verir ki, Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün ölümündən sonra isə vəsiyyətnaməsi üzə çıxıb. Vəsiyyətnamənin əlyazma versiyasını oxucularımıza təqdim edirik.

Atatürk 1938-ci ilin 5 sentyabr tarixində bir kağız parçasına qələmi ilə vəsiyyətini yazıb. Mətn aşağıdadır:

Malik olduğum nəğd pul və hissə sənədləri, Çankayadakı daşınan və daşınmaz əmlakımı Cümhuriyyət Xalq Partiyasına aşağıdakı şərtlərlə vəsiyyət edirəm:

1) Malik olduğum bütün pul və hissə sənədləri indiki kimi İş Bankı tərəfindən dəyərləndiriləcək;

2) Hər il əldə edilən gəlirdən yaşadıqları müddət ərzində Makbuləyə ayda 1000, Afətə 800, Sabiha Gökçənə 600, Ülküyə 100, Ruqiyyəyə 100, Nəbiləyə də 100 lirə veriləcək;
3) Sabiha Gökçənə ev ala bilmək üçün əlavə pul veriləcək;

4) Maklubə yaşadığı müddət ərzində Çankayada yaşadığı ev onun olacaq;

5) İsmət İnönünün uşaqlarına ali təhsillərinə davam edə bilmək üçün lazım olan yardım ediləcək;

6) Hər il gəlirdən Türk Tarix və Türk Dil Qurumlarına külli miqdarda, bərabər olmaq şərti ilə pul ödəniləcək.




OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...