Atasından 6 uşaq doğan qızın 24 illik zirzəmi həyatı - TÜKÜRPƏDƏN FAKTLAR

Atasından 6 uşaq doğan qızın 24 illik zirzəmi həyatı - TÜKÜRPƏDƏN FAKTLAR
Öz qızını 24 il müddətinə zirzəmidə saxlayan və istismar edən Cozef Fritzi dünyada ən dəhşətli cani kimi tanınır. Onun törətdiyi cinayətləri oxuduqca ağlasığmaz faktların şahidi olursan.

 
Bu dəhşətli cani haqqında məqaləni təqdim edirik.

Cozef Fritz 1935-ci ildə Avstriyanın Amşetten bölgəsində doğulub. Təbiətcə sakit Rozamariya ilə ailə qurub. Xanımının ilk tanış olduğu kişi olub və onun üzərində öz hakimiyyətini qurub. Xanımı ondan dəhşətli şəkildə qorxurmuş. Cütlüyün yeddi uşağı dünyaya gəlib.

Elektrik mühəndisi olan Cozef Fritzi əvvəlcə hörmətli şəxs kimi tanıyıblar, ancaq zamanla evləri rentgenlədiyi fərq edilib. Sonradan bir qadına təcavüz edib və bu səbəbdən 1,5 il müddətinə həbs olunub.

Həbsdən çıxdıqdan sonra heç nə olmamış kimi, öz həyatına davam edib.

Günlərin birində o, qızı Elizabetə təcavüz edir. Qız atasının təcavüzündən xilas olmaq üçün evdən qaçır. Lakin Cozef Fritzi onu yaxalayır və beləcə qızın ağır günləri başlayır. Cani ata 17 yaşlı qızını evin zirzəmisində saxlamağa başlayıb.

Elizabetin "yad dini təriqətə daxil olub” yalanını yayaraq qızını zirzəmidə saxlamaqda davam edib. Zorla anasına məktub yazdıraraq, onun evdən qaçmasına inandıra bilib. Zavallı qız zirzəmidə düz 24 il istismara məruz qalır.

Bu müddətdə Elizabet atasından 6 uşaq doğur.

Uşaqlar da zirzəmidə yaşamalı olub. 24 illik dəhşətli həyatın sona çatmasına səbəb isə Elizabetlə birlikdə zirzəmidə yaşayan oğlu Kristin səhhətində yaranan problem olub. Uşağın vəziyyətinin çox ağır olduğunu görən Cozef Fritzi onu xəstəxanaya aparmaq qərarına gəlib. Uşağı bayıra çıxarmaqda Elizabet Fritzə köməklik edib. Bu zaman Elizabet 24 il ərzində ilk dəfə günəş şüası görüb. Daha sonra yenidən zirzəmiyə qayıtmalı olub. Kristin isə təcili yardımla xəstəxanaya aparılıb.

Elizabet ağıllı formada Kristinin cibinə məktub qoyub və məktubda ona yardım edilməsinin vacibliyini yazıb. Məktub xəstəxanada oxunub və dərhal ölkə polisinə bu barədə informasiya verilib. Məktub son 24 ildə zirzəmidə saxlanılan və hər gün təcavüzə məruz qalan Elizabetin azadlığa çıxmasına səbəb olub.

Cozef Fritzi bu zaman xanımına qızları Elizabetin 24 illik yoxluğundan sonra geri qayıtmaq haqda qərar verdiyini bildirib. Ancaq atasının qızını təhdid etdiyi, 24 il zirzəmidə saxladığı Elizabet tərəfindən təsdiq olunub.

Sonrakı gün ata qızı ilə xəstəxanaya gəlir. Polis Elizabeti götürərək idarəyə aparır və dindirilir. O, başına gətirilən 24 illik müsibəti – zorakılığı, günlərlə ac saxlanmalarını, zorla pornoqrafik videolara çəkildiyini, təcavüzə uğradığını danışıb.

Elizabetin verdiyi ifadədən sonra Cozef Fritzi həbs olunur.

Cozef Fritzi qızından olan 7 uşağın ondan olduğunu, bu uşaqları qızı ilə birlikdə pəncərəsi olmayan zirzəmidə saxladığını, zirzəminin qapısının gizli kilid sistemi ilə açıldığını qeyd edib.

Elizabet və uşaqlarının ifadələrinə görə, Fritzi onlara deyibmiş ki, zirzəminin beton qapısı tellərlə bağlıdır, qapı açılacağı təqdirdə partlayış baş verəcək və zəhərli qaz hər yeri bürüyəcək.

Fritzin xanımı Rozamariya isə ifadəsində "qızının yad bir dini təriqətə qoşulduğunu” düşündüyünü bildirib. Bu dəhşətli cinayət ortaya çıxdıqdan bir neçə gün sonra DNT testi ilə uşaqların Cozef Fritzin övladları olduğu müəyyən edilib.

Mütəxəssislər zirzəmidə araşdırma apararkən oksigen çatışmazlığı səbəbindən yalnız bir saat orada qala biliblər.

Hazırda Elizabet və uşaqları özləri üçün münasib həyat qurmağa çalışır.

Vəhşi Cozef Fritzi isə həbsxanada 7 açarlı otaqda tək saxlanılır, təhlükəsizlik səbəbindən onun digər məhbuslarla görüşməsi və kontaktına imkan verilmir. (Teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...