Hadİsə

“Atamı söydüyü üçün, şah damarını kəsdim” – İdmançı qızın açıqlaması

“Atamı söydüyü üçün, şah damarını kəsdim” – İdmançı qızın açıqlaması
ARB TV-nin "Rezonans” verlişində bu dəfə Səringül Ramazanovanın həbsxana hekayələrindən bəhs olunub. 

Səringül Ramazanova (cəzası 10 il) başına gələnləri danışıb. Onun sözlərinə görə, uşaq evində gözünü açıb:

"3 uşaq olmuşuq deyə imkanımız zəif olub. Atam Rusiyada işləyirdi. Atam məni götürdü, bir müddət sonra dünyasını dəyişdi. Bura düşəndən sonra isə anam ilk dəfə yanıma gəldi. Atam vəfat edəndən sonra əmimgildə qalırdım. Onlar da mənə əzab verirdi deyə oradan çıxdım. Çöllərdə böyüyüb, işlədim. İdmanla məşğul olurdum. Kafedə 3-4 gün olardı ki, işləyirdim. Bir nəfər yeyib-içib hesabı istədi. 

Hesabı deyəndə başladı söyməyə. 3-4 dəfə başa salmağa çalışdım, başa düşmədi. Ata söyüşü söyəndə isə dözmədim, bıçaqladım. Boğazından şah damarından vurdum, öldü. Sonra kömək elədim, amma alınmadı. Anam yanımda olsaydı, belə olmazdı. Öz xoşluğumla törətməmişəm. Məcbur qaldım. Burada bəzi adamlara ana deyirəm. Çünki mənə dəstək olurlar. Anam və bacım üz çevirib məndən. Telefonumu açmırlar. Vurduğum adamın qardaşı, atası məni bağışladı, amma anası yox. Kaş eləməzdim. Sevgilim var idi. Amma narkotik vuran oğlan idi deyə, uzaqlaşdım. Elədiyim hərəkət üçün çox peşmanam".
 

AdRiver
loading...

XƏBƏR LENTİ