Atambayevə rəsmən ittiham irəli sürüldü

Atambayevə rəsmən ittiham irəli sürüldü
 

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə rəsmən korrupsiya ittihamı irəli sürülüb. O, ötən gecə, Bişkek kənarındakı iqamətgahında təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra saxlanıb.

Bişkekin "Bir may” rayon məhkəməsi avqustun 9-da bildirib ki, 62 yaşlı keçmiş prezidentə ittiham 2013-cü ildə kriminal avtoritet Əziz batukayevin qanunsuz olaraq azadlığa buraxılması ilə bağlıdır. O, bir deputatın və Daxili İşlər Nazirliyi rəsmisinin öldürülməsində təqsirli bilinmişdi.

Məhkəmə Atambayevin avqustun 26-dək Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanması barədə qərar çıxarıb.
Avqustun 7-də təhlükəsizlik qüvvələrinin Atambayevi saxlamaq cəhdi alınmamışdı. O, Daxili İşlər Nazirliyinin dindirilmə ilə bağlı üç çağırışına getməyəndən sonra onun saxlanmasına qərar verilib.

Hakimiyyət daha öncə Atambaev-in 2011-2017-ci illərdə prezident postunda olarkən beş maddə üzrə ittiham olunduğunu deyirdi – buraya korrupsiya, hakimiyyətdən sui-istifadə, qanunsuz varlanma daxildir.
Atambayev və tərəfdarlarının müqaviməti, bir polis əməkdaşının öldürülməsi və 100-dən artıq adamın yaralanması keçmiş prezidentə əlavə ittihamların irəli sürülə biləcəyi deməkdir.

Qırğızıstan Baş Prokurorluğu artıq insidenti araşdırmağa başlayıb.
Atambayevin iqamətgahına basqın zamanı öldürülmüş 47 yaşlı polkovnik Usen Niyazbekov isə avqustun 9-da səhər dəfn olunub.


OXŞAR XƏBƏRLƏR

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə APARILDI

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...