"Atam zindanda olanda ..." - ELTON HƏYATINDAN DANIŞDI - ilk dəfə

Müğənni Elton Hüseynəliyevin keçmiş günləri yadına düşüb.

BiG.AZ xəbər verir ki, ifaçı 12 il öncə çəkdiyi əziyyəti, kasıbçılığı yadına salaraq bu gününə şükür edib:

"Dünya gəldi gedərdi, dostlarınızı sevin, qədrini bilin. Haradan gəldik, haraya gedirik. Kim olacağam yox, aqibətim necə olacaq düşünmək lazımdır. Kiminin əvvəli, kiminin axırı deyib böyüklər... Allah aqibətimizi xeyir eləsin, inşallah. 33 yaşıma gəldim, həyatı yaşadıqlarımla anladım. Əslində 9 yaşımda böyüdüm, atam zindanda olanda, anamla əziyyətlərə qatlaşanda böyüdüm... Amma sonra anladım ki, hər bir neməti nəsib edən Allahdır, onun izni olmadan bir yarpaq belə yerə düşə bilməz. Xeyir bildiyimiz şeylərdə ziyan, ziyan bildiyimiz şeylərdə xeyir ola bilməz. 

Önəmli olan üsyan etməmək və şükür etməkdir. Demək istəyirəm ki, yaxşı əməl edəndə deməyin ki mən savab edirəm, demək lazım ki, nə yaxşı Allahım mənə nəsib etdi. Çünki pisliklər bizdən yaxşılıqlar Allahdan. Sonda onu da deyim ki, dostlar, insan günah işləyər, çünki belə yaradıldı. Tövbə qapısı hər zaman açıqdır. Önəmli olan qəlbdən tövbə etmək. Allah bütün ürəkdən tövbə edənləri bağışlasın”. 

OXŞAR XƏBƏRLƏR