\"Atam da, qardaşım da qollarımda keçindi\" - Aqil M.Quliyev

\
"Müəyyən dövrdə bunu yaşamışam. Yəqin yenə yaşayacam. Ona doğru gedirəm. İnanmıram ki, biri digərini əvəz edə bilsin. Ailəli insan da olsam, mənim mütləq böyük kabinetim olacaq ki, istədiyim vaxt orada sadəcə susum. Heç kiminlə ünsiyyətdə olmayım. Öz aləmimdə olum".

Bu sözləri rejissor Aqil M.Quliyev "X maqazin"ə açıqlamasında deyib. Rejissor hələ də evlənməməsindən söz açıb. O, həyatında birinin olduğunu etiraf edib:

"Elə bir insan tapmışam. İndiki məqamda ikimiz də inanırıq ki, bu belədir. Çünki o insan gözəl başa düşür ki, mən kiməm. Evlənməyə bir az qorxum var. Görək başımıza nə gəlir.

Pis əməl deyəndə ki, nə etmişəm özümə etmişəm. Heç kimin cibinə girməmişəm, kiminsə qarşısındakı çörəyini aparıb yeməmişəm, heç kimin gəlininə, yoldaşına göz qoymamışam. Ancaq özümə etmişəm.

Mənim şəxsi həyatım çox vaxt xarakterimə görə zərər çəkib. Sevmirəm 20 saatın hamısında insan görüm. Buna can da atmıram. Hərdən günlərlə heç kimlə ünsiyyətdə olmuram. Yalnız telefon və internet vasitəsilə əlaqə saxlayıram.

Bir ağzı, bir qarnını başa düşən insan ən xoşbəxt insandır. Yedim, doğdum xoşbəxtəm. O da doğdu lap xoşbəxtəm. Bitdi. Həyat qurtardı".

Aqil atasından və dünyasını dəyişən qardaşından danışıb:

"Atam da, qardaşım da demək olar ki, əllərimdə keçinib. Təsadüfi bir ölüm də var idi. Gözümün qarşısında öldü. İlk dəfə qorxulu gəlsə də, daha sonra bunun başqa tərəflərini yaşayırsan. Ölümə başqa cür baxırsan.

Həmişə xeyir, şər olub. Şər qalib gəlib. Nağıllar ona görə yaranıb ki, həyatda o haqq-ədalət heç vaxt olmayıb, olmayacaq. Səni qaranlıq otaqda 24 saat saxlasalar, buradan çıxanda dünyanın necə gözəl və rəngarəng olduğunu bəlkə yenidən hiss edərsən.

Heç vaxt elə arzum olmayıb ki, bunu alım, bunu tutum. İmkan olub almışam, olmayıb satmışam. Onlar gəlib gedən şeylərdir. Bunu bilə-bilə yapışmışıq dünya malından və bunun ətrafında fəlsəfələr qurmuşuq ki, həyat yaşayırıq". /Axşam.az

OXŞAR XƏBƏRLƏR

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....