«AtaBank»da nələr dəyişib – TƏFƏRRÜATLAR AÇIQLANDI

«AtaBank»da nələr dəyişib – TƏFƏRRÜATLAR AÇIQLANDI
Xəbər verildiyi kimi, iyulun 25-də Azərbaycanın aparıcı banklarından olan «AtaBank» ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.
 
Sfera.az xəbər verir ki, bankın əsas səhmdarının da iştirak etdiyi toplantıda ciddi qərarlar qəbul edilib, o cümlədən bankın hazırki rəhbərliyi – Müşahidə Şurası və İdarə Heyətində dəyişikliklər elan olunub. Maliyyə bazarındakı mənbələr FED.az-a bankda gedən son proseslər barədə ətraflı məlumat verib. Məlumata görə, «AtaBank»ın Müşahidə Şurasının rəhbəri dəyişib. İndiyədək bu postu tutan Fərid Hüseynovun yerinə yeni kadr - Xumar Əsədzadə təyin edilib: «Müşahidə Şurasına təyinat alan şəxs birbaşa səhmdarın kadrıdır və onun tapşırıqlarını yerinə yetirir»-deyə mənbə bildirib.
 
FED.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilən xanım Xumar Əsədzadə hüquqşünasdır, xaricdə təhsil alıb və «City university of London»un hüquq ixtisası üzrə məzunudur və peşəkar kadrdır. Mənbənin sözlərinə görə, səhmdarın ona etimadı və peşəkarlığına etimadı elə böyükdür ki, bankın fəaliyyətinə nəzarət ona həvalə edilib: «X.Əsədzadəyə böyük ümidlər bəslənilir. Səhmdar arxayındır ki, MŞ-nın yeni sədri qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələ biləcək və onun etimadını doğruldacaq». Mənbənin məlumatına görə, toplantı və Müşahidə şurasının yeni rəhbəri təyin olunandan sonra bankda ciddi yeniliklər başlayıb.

Qeyd edək ki, «AtaBank»ın özündən isə FED.az-a bildirilib ki, toplantı və dəyişiliklərlə bağlı rəsmi açıqlama yalnız gələn həftənin əvvəlində veriləcək.

OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...