“AtaBank” yeni “AtaNet” Mobil əlavəsini geniş ictimaiyyətə təqdim etdi

“AtaBank” yeni “AtaNet” Mobil əlavəsini geniş ictimaiyyətə təqdim etdi
Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan "AtaBank” ASC yeni "AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirib.
Sfera.az-ın məlumatına görə, "AtaNet” korporativ biznes nümayəndələrinin, sahibkarların və fərdi müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq işlənib hazırlanıb.
Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. İstifadəçi, birdəfəlik şifrə (OTP) və ya Asan imza ilə yanaşı, smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyərsə, həm də barmaq izi ilə əlavəyə daxil olmaq imkanı əldə edə biləcək.
Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.
Tədbirdə çıxış edən İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı qeyd edib ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcək. "AtaBank”ın gələcək illərdə də müştərilərinə ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən zamanından və məkanından asılı olmayaraq rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacağını bildirərək Babaşlı çıxışını yekunlaşdırıb.
"AtaNet” mobil əlavəsi ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir mobil bankçılıq əlavəsidir.
Qeyd edək ki, "AtaNet” mobil bankçılığı ilə yanaşı, "AtaNet” internet bankçılığı üzərində bir çox işlər aparılaraq, interfeysi daha da müasirləşdirilərək 2. versiyası artıq müştərilərə təqdim olunub.
Ən əsası isə Bankın müştəriləri üçün "AtaNet”-ə qoşulma və istifadə tamamilə pulsuzdur.
"AtaNet” Mobil Bankçılıq sistemi vasitəsilə aşağıdakı əməliyyatların aparılması mümkündür:




- Cari hesablar, əmanət hesabları, kart hesabları və kredit hesabları haqqında məlumatların əldə edilməsi;
- Cari hesabların və əmanət hesablarının açılışı;
- Müştərinin öz hesabları arasında köçürmələr;
- Bankdaxili köçürmələr;
- Kartların bloklaşdırılması və blokdan çıxarılması;
- "SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
- Bank kartları, o cümlədən virtual kartların sifarişi;
- Ölkədaxili - AZİPS, XÖHKS köçürmələri;
- Ölkəxarici - SWIFT köçürmələri;
- Hökümət ödənişləri – Büdcə, ƏDV və Vergi borclarının ödənişləri;
- Həm AtaBank-a, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
- Kommunal ödənişlər;
- Əmək haqqı ödənişləri;
- Kredit ödənişləri;
- İpoteka ödənişləri;
- Konvertasiya əməliyyatları.
Həmçinin aşağıdakı məlumatlar əldə edilə bilər:
- Bank haqqında məlumat;
- Filiallar və bankomatlar haqqında məlumat;
- Valyuta məzənnələri.
Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.
Xidmətdən istifadə etmək üçün IOS və Android istifadəçiləri "AtaNet” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:
Yükləmə keçidləri:

Google Play: //play.google.com/store/apps/details?id=com.atabank.ebank
AppStore: //play.google.com/store/apps/details?id=com.atabank.ebank
 


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...