AtaBank NETTY 2019 mükafatını qazandı

AtaBank NETTY 2019 mükafatını qazandı

Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY-yə bu dəfə "AtaBank” ASC layiq görüldü.

Mükafat 19.06.2019-cu il tarixində Park İnn by Radisson Baku otelində bütün namizəd nümayəndələrinin dəvət olunduğu rəsmi mükafatlandırma mərasiminə banka təqdim edildi. İqtisadiyyat və biznes nominasiyasında iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal internet mənbələri sırasında AtaBank yenilənmiş internet səhifəsi ilə bu müsabiqəyə qatılmışdı.

Məlumat üçün bildirək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib və informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

İlkin səsvermə nəticəsində "AtaBank” ASC-nin rəsmi saytı Ekspert Şurasının üzvləri tərəfindən 200 bal və Virtual Münsiflər tərəfindən 37 bal əldə edərək topbirincilikdə yer almışdı. Daha sonra Müsabiqə qaliblərini Akademiya nümayəndələri səs verərək təyin etdilər.

İqtisadiyyat və Biznes nominasiyası üzrə birinci yeri qazanan AtaBank-a NETTY heykəlciyi təqdim edildi.

Tədbirdə iştirak edən bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov qeyd etdi ki, bankın yeni saytı üzərində komanda şəklində çalışıblar və ərsəyə getirdikləri bu işə görə əməyi keçmiş hər kəsə təşəkkürünü bildirdi. atabank.com müştəriyönümlü olması ilə yanaşı, innovativ marketinq aləti kimi seçilir və NETTY mükafatı buna ən mükəmməl sübut oldu.

25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

NETTY 2019 mükafatına layiq görülmüş bank saytı ilə buraya keçib tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...