AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır
11:40 / 12.11.2019
1757
"AtaBank” ASC 26-cı il dönümündə ənənəvi əmanət kampaniyasına start verdi.
Hər kəsin səbirsizliklə gözlədiyi hədiyyəli əmanət kampaniyası bu dəfə
"Yeni ilə iPhone ilə” adı altında başlayır və müştərilərə daha cəlbedici hədiyyələr
təklif edir.
Kampaniya çərçivəsində, 12.11.2019–31.12.2019-cu il tarixləri arasında
AtaBank-da əmanət yerləşdirən müştərilər şərtlərə uyğun istədikləri
hədiyyəni seçmək hüququna malikdirlər.
Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər
yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edilir.
Belə ki, AtaBank-da 10 000 AZN, 10 000 USD/EUR-dan yuxarı əmanət
yerləşdirən yeni və mövcud əmanətçilər kampaniyada iştirak edərək bu hədiyyələrə
sahib ola bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İsma Bike, Gəncə
Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir,
Qalaaltı Hotel && SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran
Springs && Wellness Resort, Garabag Resort && SPA, Aura SPA, otellərində
istirahət paketləri, Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə
səyahət imkanı.
Kampaniya yalnız 12, 24 və 36 ay müddətinə (faizlərin ödənişi aylıq, rüblük və ya
müddətin sonu) açılan əmanətlərə şamil edilir və Əmanətlərin Sığortalanması
Fondu tərəfindən sığortalanır.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 dekabr 2019-cu il tarixinədək
qüvvədədir. Bu fürsəti qaçırmayın!
WhatsApp/Telegram istifadəçiləri 050 9999136 telefon nömrəmizə yazaraq
kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik,
qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin
müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini
təqdim edir.