Hadİsə

At təpiklə sahibi öldürdü

At təpiklə sahibi öldürdü

Goranboyda atın şıltaqlığı sahibinin ölümünə səbəb olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Süleymanlı kəndində baş verib.

Belə ki, təsərrufat işləri ilə məşğul olan 1954-cü il təvəllüdlü rayon sakini Mehdiyev Mehdi Ağamməd oğlu atının qəzəbinə tuş gəlib. At güclü təpiklə sahibini ölümcül vəziyyətə salıb. Ağır vəziyyətdə olan Mehdi Mehdiyev xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səyinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031