Sağlıq

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb
 

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Sfera.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.

Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031