Ağsudakı olayla bağlı təffərrüatlar: Direktorun başına butulka atılıb - ÖZƏL

Ağsudakı olayla bağlı təffərrüatlar: Direktorun başına butulka atılıb - ÖZƏL

Xəbər verdiyimiz kimi, ötən gün Ağsu rayonu A.Qurbanov adına Ləngəbiz kənd tam orta məktəbin direktoru Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə həmkəndlisi arasında yaranan mübahisə birinin yaralanması ilə nəticələnib. 

Ağsu Rayon Təhsil Şöbəsindən Sfera.az-a verilən məlumata görə, ötən gün Bağırlı kənd toyunda iki tərəf arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, kənd sakini direktorun üzərinə şüşə butulka atıb. Dərhal xəstəxanaya yerləşdirilən direktorun bu gün axşam saatlarından xəstəxanadan çıxacağı söylənilir. Direktor sabah yenidən işinə qayıdacaq.

Ağsu rayon Təhsil Şöbəsindən verilən məlumata görə, artıq tərəflər arasında barışıq əldə olunub. 

Qeyd edək ki, bu hadisə ilə bağlı digər yerli mediada yayılan xəbərdə hadisənin məktəb müəllimi ilə direktor arasında baş verdiyi bildirilmişdi.

Nigar Məhərrəm
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---