Ağsuda FACİƏ - Oğul atası sürən avtomobiln təkəri altında qalıb öldü

Ağsuda FACİƏ - Oğul atası sürən avtomobiln təkəri altında qalıb öldü
Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi "Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR