Astronomlar potensial ulduzlararası komet görüblər

Astronomlar potensial ulduzlararası komet görüblər
 

Krım astronomu Gennadiy Borisov ulduzlararası komet ola biləcək ilk yeni obyekt kəşf edib.

Sfera.az bildirir ki,  Borisovun və bəzi astronomların hesablamalarına əsasən, yeni obyektin orbiti inanılmaz dərəcədə yüksək ekssentrisitetə - 3-ə bərabər olması, onu ekssentrisiteti 1,2-ə bərabər olan ulduzlararası Oumuamua asteroidindən daha da təəccüblü edir. Kiçik Planetlər Mərkəzi tərəfindən yeni kometin kəşfi rəsmi olaraq qəbul edilənə qədər bir çox astronomlar mövcud hesablamaların doğru olmasına şübhə edirdilər. Müvəqqəti olaraq gb00234 kimi təyinat almış komet haqqında məlumat Kiçik Kometlər Mərkəzinin saytında artıq mövcuddur. Günəş sisteminin digər cisimləri kimi, kometlər bir qayda olaraq, 1-dən az eksentrisitetə malik elliptik orbitlərdə hərəkət edirlər. Günəş ətrafında kometlərin dolanma periodu yüz illərlə ola bilər, lakin bütün kometlər gec-tez qayıdırlar.

Hiperbolik orbitləri olan onlarla kometlər mövcuddur ki, ekssentrisitetləri vahiddən 1%-dək fərqlənir. Lakin onları ulduzlararası komet hesab etmək olmaz. Hərçənd, ekssentrisitetlərin belə qiymətləri ölçmə xətaları və ya nəhəng planetlərin cazibə qüvvəsi təsiri ilə də əlaqədar ola bilər.

İndiyədək məlun olan yeganə ulduzlararası obyekt - 18 oktyabr 2018-ci ildə kəşf edilmiş, trayektoriyasının ekssentrisiteti 1,2-yə yaxın olan açıq hiperbolik trayektoriya boyunca saniyədə 26 kilometr sürətlə hərəkət edən asteroid "Oumuamua"dır. Ekssentrikliyin vahiddən bir belə fərqlənməsi obyektin planet sistemimizin xaricindən gəldiyini və hazırda isə onu tərk etdiyini göstərir.

 

Avqustun 30-da Krım Astrofizika Rəsədxanasının əməkdaşı, astronom Gennadi Borisov tərəfindən yeni potensial ulduzlararası obyekt aşkar edilib. Onun və digər astronomların apardığı müşahidələrə əsaslanan hesablamalara görə bu obyektin ekssentrisiteti inanılmaz dərəcədə böyükdür və təxminən 3-ə bərabərdir. Bundan əvvəl belə ekssenktrisitetə malik göy cismi aşkar edilməmişdir. Bu onu göstərir ki, obyekt ulduzlar arası fəzadan Günəş sisteminə düşüb.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...