Cəmİyyət

Astan Şahverdiyev “Viaqra”dan ölüb? - İDDİA

Astan Şahverdiyev “Viaqra”dan ölüb? - İDDİA
Sildenafillər, yəni hamının tanıdığı "Viaqra” təkcə erektil disfunksiyalarda istifadə olunmur. Son vaxtlar kardioloqlar ürək problemlərində yaşlı, xroniki xəstələrə "Viaqra” da təyin edirlər.

Sfera.az "Axar.az"-a istinadən xəbər verir ki, bu barədə tanınmış həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, "Viaqra” həmişə öldürmür, müalicə də edir:

"Diabetiklər, epileptiklər, ürək xəstələri və digər xəstələr daim üzərlərində dərman gəzdirirlər. Ciblərində tapdığımız dərmanlar huşunu itirmiş xəstələrə diaqnoz qoymaq üçün çox kömək edir. Otellərdə, istirahət məkanlarında qəfil ölənlər epileptik tutmadan da ölə bilər, ürək çatmazlığından da. Birinin cibindən "Depakin” çıxacaq, o birisinin cibindən "Viaqra”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə millət vəkili Astan Şahverdiyevin yüksək dozalı həbdən (Viaqra) istifadə etdiyi üçün dünyasını dəyişdiyi iddia edilib. Qusar Prokurorluğu isə deputatın ürək tutmasından vəfat etdiyini qeyd edərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31