Ağstafada qəza: 13 nəfər yaralandı
11:37 / 08.05.2018
1783
Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazax-Ağstafa marşrutu ilə işləyən "QAZel” markalı mikroavtobusla "Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.