Ağstafada 12 raket tapıldı

Ağstafada 12 raket tapıldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sfera.az-a bildirib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 12 ədəd raket (8 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd 200 mm-lik MD-20F raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
 




OXŞAR XƏBƏRLƏR