Cəmİyyət

Ağstafa başçısının müavini Lalə Eyyubova həbs edilmədiyini deyir

Ağstafa başçısının müavini Lalə Eyyubova həbs edilmədiyini deyir

Ağstafa rayon İcra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova DTX-nin ötən gün keçirdiyi əməliyyatda həbs olunduğu haqda xəbərləri bu gün təkzib edib. O, unikal.org-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”.

Xəbərlərə görə Lalə Eyyubova  baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

DTX ötən gün Ağstafada əməliyyat keçirərək icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi və onun müvini Ramiz Tatarovu həbs edib. Onlar büdcə pullarını mənimsəməkdə, sahibkarlardan və kənd icra nümayəndələrindən rüşvət toplamaqda, digər qanunsuz əməllər törətməkdə ittiham olunurlar. (unikal.org)

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829