AST Telmanla bağlı mühüm QƏRAR

AST Telmanla bağlı mühüm QƏRAR
 Moskva şəhər məhkəməsi paytaxtın Basman rayon məhkəməsinin azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov barəsində çıxardığı qiyabi həbs qərarını tanıyıb. Telman İsmayılovun vəkili İqor Razin qeyd edib ki, müdafiə etdiyi şəxsə cinayət işi ilə bağlı vaxtında xəbərdarlıq edilmədiyi üçün qiyabi həbs barədə qərarı ləğv etmək lazımdır. Vəkilin sözlərinə görə, İsmayılov son üç ildə Türkiyədə yaşayırdı. İqor Razinin sözlərinə görə, hazırda İsmayılovun qiyabi həbsi barədə qərardan şikayət verilməsi məsələsinə baxılır.

Xatırladaq ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də iki qətlin təşkilİ və silahın qanunsuz dövriyyəsində ittiham olunan Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib və "İnterpol" xətti ilə beynəlxalq axtarışı elan edilib. Dünən yayılan məlumatda deyilirdi ki, Telman İsmayılov Türkiyəni tərk edərək ailəsi ilə birlikdə Fransaya köçüb. Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada öz ailəsinin imperiyasını genişləndirmək üçün ən azı səkkiz insanın qətlini sifariş verib.
Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu haqda məhkəmə iclasında olan "RİA-Novosti" agentliyinin müxbiri bildirib.

OXŞAR XƏBƏRLƏR