AST Telmanın müflisləşməsi haqda ərizə

AST Telmanın müflisləşməsi haqda ərizə

Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı" Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib. "Kommersant" qəzeti yazırki, bBank ondan 286 mln. dolların qaytarılmasını tələb edir. 

 Oxu.Az xəbər verir ki, ərizəyə əsasən, İsmayılovu "Ruslayn 200" MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb edirlər.

 "İsmayılov Telman Mərdan oğlu uzun müddətdir pul öhdəliklərini icra etmədiyi üçün belə qərara gəlmək olar ki, o, ödəməqabiliyyətli deyil", - deyə, bəyanatda bildirilir.Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bankın nümayəndələri əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyiblər, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. 

Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.Qeyd edək ki, son illər Azərbaycan əsilli milyarderin işləri yaxşı getmir.Forbes-in məlumatına görə, 2015-ci ilin aprelində AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 200 ən varlı rusiyalı sahibkarın daxil olduğu siyahıda 0,6 mlrd. dollar sərvətlə 144-cü yeri tuturdu, ötən dövr ərzində onun sərvəti 0,15 mlrd. dollar azalmışdı.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...