Assosiasiya rəhbəri: "Şahdağ" xizək kurortuna dəmir yolunun çəkilməsi qış turizminin inkişafına səbəb olacaq"

Assosiasiya rəhbəri:
 

"Azərbaycanın regionlarında, o cümlədən Şahdağa sürət elektrik qatarlarının işləməsi turistlərin müxtəlif bölgələrə axınını gücləndirəcək və turizmin inkişafını sürətləndirəcək".

Bunu "Report”a açıqlamasında Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Şahdağ Qış-Yay Turizm Kompleksinə qədər dəmir yolu xəttinin çəkilməsinə münasibət bildirərkən deyib.

"Məncə turizm sənayesi Ləki-Qəbələ və Bakı-Yalama-Şahdağ istiqamətlərində dəmir yolu xətlərinin çəkilməsini səbirsizliklə gözləyir. Həmin təyinat məntəqələrindəki turizm kompleksləri bu infrastrukturdan qazanacaq, çünki turistlərin sayı artacaq. Bundan başqa, yeni dəmir yolları xətləri müxtəlif istiqamətlərdə olan turizm destinasiyalarını yaxınlaşdıracaq, yol daha komfortlu və qısa olacaq", - o qeyd edib.

S.Dübəndi vurğulayıb ki, regionlara sürətli dəmir yollarının çəkilməsi həm daxili turizmi və eyni zamanda, Bakıya gələn turistlərin regionlara üz tutmasını artırar və ekoturizmın, milli parkların, aktiv, ekstrim və digər açıq hava turizm fəaliyyətlərinin inkişafına da müsbət təsir göstərər.

Xatırladaq ki, Bakı-Yalama dəmir yolu xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır: Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq. Hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir. Eyni zamanda, 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq. Yalamadan Qusar rayonundakı "Şahdağ" dağ-xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir. Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb.



OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...